Dəhşətli qətl: Masallı sakini 6 ay əvvəl evləndiyi həyat yoldaşının başını kəsdi
Masallıda ər arvadın başını kəsərək öldürüb. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Bala Kolatan kəndində qeydə alınıb.
Kənd sakini 26 yaşlı Namiq Məmmədov yaşadığı evdə həyat yoldaşı 24 yaşlı Sevanə Əliyevanı boğaz nahiyəsini bıçaqla kəsərək qətlə yetirib.
Namiq Məmmədov rayonun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, cütlük altı ay öncə ailə həyatı qurub.