Gəlini və nəvəsini amansızlıqda qətlə yetirən Şərqiyyə Hüseynova danışdı - REAL GÖRÜNTÜ

Bakıda  gəlinini və nəvəsini  qətlə yetirməkdə təqsirli bilinən  40 yaşlı Şərqiyyə Hüseynova  Suraxanı rayon  prokurorluğunun müstəntiqi və əməkdaşları tərəfindən  hadisə yerinə gətirilib. APA TV-nin məlumatına görə, təqsirləndirilən şəxs  birgə yaşadığı  gəlini 20 yaşlı Elnarə Nəcəfova və 6 aylıq nəvəsi  Emilyanı necə qətlə yetirdiyini ibtidai istintaqa izah edib. 

 

Çəkiliş qrupunun hadisə yeri ilə tanışlıq prosesində iştirakına rayon prokurorluğunun əməkdaşları  icazə verməyiblər. Onlar bunu təqsirləndirilən şəxsin özünü narahat hiss etməsi ilə əlaqələndiriblər. Xatırladaq ki,  hadisə  dekabrın 10-da gecə saatlarında Suraxanı rayonunda, Zeytun bağları adlanan ərazidə  qeydə alınıb. Orada kirayədə  qalan 40 yaşlı Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə etdikdən sonra yerdən götürdüyü daş parçası ilə gəlinin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin travması alan Elnarə Nəcəfova hadisə yerində ölüb. Bundan sonra hadisəni törədən Şərqiyə Hüseynova evə girərək, 6 aylıq nəvəsi Emilyanı boğaraq amansızlıqla qətlə yetirib.
 

Müəllif | Apa.Tv
Apa.tv