Kürdəmirdə iki avtomobil toqquşdu: ana və qızı xəsarət aldı
Bakı-Qazax magistralının 137-ci kilometrliyində Kürdəmirin Sığırlı kəndi ərazisində avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, sürücü Elnur Heydərov "Mitsibushi" markalı maşınla Qazax istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirirərək qarşı tərəfdən gələn Elşən Şükürovun idarə etdiyi "Mercedes"lə toqquşub. Nəticədə "Mercedes"də olan sərnişinlər Yevlax rayon sakinləri 63 yaşlı Əhmədova Südabə sadıq qızı və onun qızı 37 yaşlı Davudova Gülnur Elnur qızı müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.