Qubada Rusiya vətəndaşları qəzaya düşdü: 2 ölü, 6 yaralı

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Quba rayonunun Paşaoba kəndindən keçən hisssəsində qeydə alınıb. “Mercedes Vita” markalı avtomaşınla “VAZ 2107” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Quba Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, qəzaya düşənlərin 6-sı Rusiya Federasiyasının Çeçenistan Respublikasının sakinləridir.

 

36 yaşlı İsayeva Zaida Sedreddinovna hadisə zamanı ölüb. Digər 5 nəfər – 23 yaşlı İsakova Larisa Aleksandrovna, 26 yaşlı Luisa Biddilova, 42 yaşlı Manatarova Larisa Baxayevna, 47 yaşlı Bustayeva Luiza Şaxayevna və Lorisa Bondora Aleksandrovna müxtəlf xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Digər xəsarət alan şəxs isə Bakı şəhər sakini 41 yaşlı Süleymanov Kamil Gülrza oğludur. 

“VAZ 2107”-nin sürücüsü Cəfərov Zümrəddin Minacəddin oğlu da hadisə yerində ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Vəli Turan