İŞİD terrorçuları Sidneyin mərkəzində 10 nəfəri girov götürüblər

İŞİD terror təşkilatının üzvü olduğu ehtimal olunan iki şəxs Avstraliyada 10 nəfəri girov götürüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbər görə, Sidney şəhərinin mərkəzi küçələrindən birində yerləşən "Lindt" kafesinə daxil olan iki nəfər təxminən 10 nəfəri girov götürərək binanın damına çıxarıb. Girovların əllərində İŞİD terror təşkilatının bayrağının olduğu bildirilir. Hadisə yerinə gələn polis yaxınlıqdakı binaları boşaldıb, bölgədə təhlükəsizlik tədbirləri görüb.

 

Son məlumatlara görə, 8 saatdır, girovluqda olan şəxslərdən 3-ü terrorçulardan xilas olub. Onların necə xilas olması barədə məlumat verilmir.

 

Avstraliya mətbuatının xəbərinə görə, hadisəni "əl-Nüsra" terrorçuları törədiblər. Ancaq xəbər rəsmilər tərəfindən təsdiqlənməyib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı