Balakən sakini həmyerlisini bıçaqlayıb

Balakən rayon sakini həmkəndlisini ölümcül bıçaqlayıb. Rayon Polis Şöbəsindən APA TV-yə  verilən məlumata görə, hadisə rayonun Talalar kəndində qeydə alınıb. Kənd sakini,  45 yaşlı Əhməd Tərlanovla həmkəndlisi 33 yaşlı Kəmran Lətifov arasında  olan şəxsi münasibətlər zəminində münaqişə olub.  Əhməd Tərlanov  üzərində gəzdirdiyi bıçaqla Kəmran Lətifovu vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan Kəmran Lətifov Balakən Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıb. 

 

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Əhməd Tərlanov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov