Tovuzda yaşayış evində partlayış olub, ana və qızı ağır yaralanıb
Tovuzda yaşayış evində partlayış olub. APA TV-nin məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib. Hadisə nəticəsində ev sahibəsi, 64 yaşlı Xoşqədəm Quliyeva və qızı 41 yaşlı Elnarə Quliyeva müxtəlif yanıq xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərin yaxınlarının bildirdiyinə görə, Xoşqədəm Quliyeva yaşayış evində sobanı yandırmaq istəyərkən güclü partlayış olub. Nəticədə ümumi sahəsi 36 kvadratmetr olan otağın dam örtüyü, tavanı, pəncərəsi, küçəyə tökülüb. Evin əşyaları isə yararsız hala düşüb.
Tovuz Qaz İstismar Sahəsindən partlayışın baş vermə səbəblərinin aparılacaq araşdırmalardan sonra məlum olacağını bildiriblər.