Gəncədə 50 sürücü haqqında inzibatı protokol tərtib edilib - REYD
Gəncədə keçirilən reyd zamanı 50-ə yaxın sürücü haqqında inzibatı protokol tərtib edilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, 3 saata yaxın davam edən reyd şəhərin Heydər Əliyev prospektində keçirilib. Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, reydin keçirilməsində məqsəd sərxoş, sənədsiz, sürücüləri aşkar etmək və görməni məhdudlaşdıran və avtomobilə əlavə qurğular yerləşdirilən avtomobil sahiblərini cəzalandırmaqdan ibarətdir. Reyd zamanı 50-yə yaxın qayda pozan sürücü aşkarlanaraq, onlar haqqında inzibatı protokol tərtib edilib. Qayda pozanlardan 25 nəfərin avtomobili yol polisi əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.
Gəncə şəhər Yol Polisi Şöbəsindən verilən məlumata görə belə reydlər mütəmadi şəkildə keçiriləcək.