Səlim Müslümov: "Əlilliyin qiymətləndirilməsi mövcud reallıqlara cavab vermir"

"Müraciət edən şəxslər üçün əlilliyin on il müddətində təyin olunması tələb olunsa da, hər il yenidən müraciət edənləri komissiyaya çağırmaq xeyli vaxt alır. Beləliklə də Tibbi Sosial Ekspert Komissiyalarının (TSEK) həkimləri vaxtlarının çox hissəsini mövcud müraciət edənlərin sənədinə baxmağa sərf edirlər. Təbii ki, 20-30 dəqiqə ərzində ekspertiza keçirmək mümkün deyil. Nəticədə proses zamanı saxtakarlığa və özbaşınalığa yol verilə bilər".

 

APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Dünya Bankının təşkilatçılığı  ilə “Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda keçirilən beynəlxalq seminarda belə deyib. Nazir bildirib ki, əlilliyin qiymətləndirilməsinin əsas meyarları tibbi diaqnostika, əmək fəaliyyəti və bacarıqların qiymətləndirilməsi əsasında təşkil edilməlidir. O həm maliyyə, həm də əmək qabiliyyətliyinin müəyyənləşdirilməsi baxımından bugünkü qiymətləndirmənin mövcud reallıqlara cavab vermədiyini bildirib: "TSEK-lər əlilliyi olan şəxslərin əmək qabiliyyətinin hansı hissəsinin qaldığını müəyyən etməlidir, itirdiyini yox".

 

İki gün davam edəcək seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və İki gün davam edəcək seminarda aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatından, İsveç, Niderland, Portuqaliya və Kiprdən gəlmiş ekspertlər iştirak edir.

 

Müəllif | Apa.Tv