Tərtər sakini minaya düşərək həlak olub

Azərbaycanın Tərtər rayon sakini minaya düşüb. Tərtər Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə təmas xəttinə yaxın, Həsən Qaya adlanan ərazidə qeydə alınıb. Laçın rayonundan olan məcburi köçkün, 1973-cü il təvəllüdlü Ramin Baloğlan oğlu Şaluxov qoyun otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində ölüb.

Müəllif | Apa.Tv
Apa.tv