Azərbaycan prezidenti Polşa baş nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Azərbaycanla Polşa arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev ölkələrimizin ticarət dövriyyəsinin artdığını bildirib. Dövlət başçısı ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi üçün də böyük potensialın olduğunu deyib.

Azərbaycanda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyən Yanuş Pexoçinski əldə olunan uğurlar münasibətilə dövlət başçısını təbrik edib. Yanuş Pexoçinski Azərbaycanda qeyri-neft sektorunda əldə edilən uğurların da ölkəsində maraqla izlənildiyini vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv