Prezident İlham Əliyev Maltanın baş nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də Maltanın baş naziri Cozef Muskatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev M Cozef Muskatın səfərinin ikitərəfli əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaratdığını deyib.
Ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini deyən r Cozef Muskat səfəri zamanı əlaqələrimizin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində inkişaf perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.