Bakıda 20 yaşlı oğlan qətlə yetirildi

Ötən gecə Bakıda 20 yaşlı oğlan qətlə yetirilib. APA TV-nin məlumatına görə, hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 132 ünvanındakı ərzaq mağazasının qarşısında qeydə alınıb. 5-ci Yasamal 44 ünvanında qeydiyyatda olan Cəfərov Rəşad Yaşar oğlu bıçaqlanıb. Rəşadı bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Əraziyə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Hadisə yerində ilkin araşdırma aparılıb, hadisə şahidləri bir-bir dindirilib.

 

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəncin qatilinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

 

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv