Xətai rayonunda gözəllik salonundan oğurluq edən qadın tutulub
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları gözəllik salonundan pul oğurlayan şəxsi saxlayıb. APA TV-nin məlumatına görə, vətəndaş Gülbacı Əliyeva RPİ-yə müraciət edərək, onun çantasından 1500 manat pulun itdiyini bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, vətəndaşa zərər yetirən məhz həmin gözəllik salonuna satış məqsədi ilə saç boyaları gətirən 31 yaşlı Günay Məmmədovadır.
Saxlanılan Günay Məmmədova oğurluğu ehtiyacı səbəbindən etdiyini söyləyib.
Qeyd edək ki, 2 uşaq anası olan Günayın əvvəllər məhkumluğu olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177-oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.