Qusarda 19 yaşlı oğlan intihar edib
Qusar rayonunda intihar hadisəsi qeydə alınıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu Urva kənd sakini, 1995-ci il təvəllüdlü Bayramov Əliheydər Bəhruz oğlu müxtəlif bıçaq xəsarətlər ilə Qusar Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bir müddət sonra o, xəstəxanada kəskin qanaxmadan ölüb.
Qusar rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, Əliheydər Bayramov özünə bıçaqla çoxsaylı xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.