Tovuzda yaşayış evində partlayış olub: 1 yaralı
Tovuzda yaşayış evində partlayış olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü Ceyran Əmiraslanova yaşadığı evdə qaz partlaması nəticəsində 3-сü dərəcəli yanıq diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğuna görə qadın daha sonra Bakıya ixtisaslaşmış xəstəxanalardan birinə göndərilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır. Bu, son bir həftədə Tovuz rayonunda 3-cü partlayışdır.