Pakistanda məktəbdə ölənlərin sayı 104-ə çatıb - YENİLƏNİB
“Taliban” silahlılarının Pakistanda hərbi məktəbə hücumu nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb. APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölənlər arasında kursantlar, müəllimlər və təhlükəsizlik xidmətinin əməkdaşları var.
Taliblərin hücumu zamanı həmçinin 100-dən çox adamın yaralandığı bildirilir.
Yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, hazırda məktəb binasının yanında polislərlə taliblər arasında atışma gedir.
Qeyd edək ki, “Taliban” silahlıları Pakistanın Peşavər şəhərində yüzlərlə tələbə və müəllimi girov götürüblər.
Məktəbdə təxminən 500 tələbə və müəllimin olduğu söylənilir.
“Taliban” sözçüsü Məhəmməd Umar Xorasani isə taliblərin məktəbə daxil olduğunu təsdiqləsə də, onlara uşaqlara zərər yetirməmək barədə təlimat verildiyini bildirib. O qeyd edib ki, hədəfdə yalnız hərbi personaldır.