“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilib

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.

APA TV-nin xəbərinə görə, layihəyə görə, qanunun 3-cü maddəsinə (Əsas anlayışlar) “oxşar ad” termini əlavə edilir və onun təsnifatı göstərilir: “Oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar". Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan edilir.

 

Bundan başqa, layihədə xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsi də nəzərdə tutulur.

 

Qərəzli yazılara görə haqsız olduğuna dair barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfə qərar verilən media orqanının dərcinə və yayımına xitam verilməsi barədə qanuna dəyişiklik edilməsi təklifi də müzakirəyə təqdim olunub. Hazırda bu, il ərzində 3 dəfədir.

 

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı