Bakıda avtomobili ilə iki maşını əzən sürücü hadisə yerindən qaçdı
Bakıda zəncirvari qəza törədən sürücü hadisə yerindən qaçıb. APA TV-nin məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.
Koroğlu Rəhimov küçəsi ilə Akademik Həsən Əliyev küçəsi istiqamətində yüksək surətlə hərəkət edən "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə "Hyundai" yol kənarında dayanan "Kia" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "KİA" da qarşıda dayanan "Range Rover"ə dəyib. Qəzaya səbəb olan sürücü isə avtomobili ilə birlikdə hadisə yerindən uzaqlaşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə Yol-Patrul Xidmətinin əməkdaşları gəliblər. Qəzanı törədən avtomobilin və sürücünün müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı araşdırmalar davam etdirilir.