Balakəndə avtomobil at arabası ilə toqquşub: 2 yaralı
Balakəndə avtomobilin at arabasına çırpılması nəticəsində iki nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə dekabrın 16-da axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz rayon sakini, 1964-cü il təvəllüdlü Əfqan Məcid oğlu Səfərov idarə etdiyi “Hyundai” markalı, 90 GT 825 dövlət nömrə nişanlı avtomobillə at arabasını vurub. Qəza nəticəsində avtomobilin sürücüsü xəsarət almasa da, at arabasında olan iki nəfər - Katex kənd sakinləri, 1975-ci il təvəllüdlü Qabil Sabir oğlu Mikanayev və 1968-ci il təvəllüdlü Sərvan Cumaəli oğlu Əbəçiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəstəxananın həkimi Şirin Abbasovun verdiyi məlumata görə, Qabil Mikanayevin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Sərvan Əbəçiyevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.