Suriyada döyüşən Zərdab sakininə hökm oxunub

Suriyada döyüşlərdə iştirak etmiş Zərdab sakini Səbuhi Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, Zərdab Rayon Məhkəməsinin hökmü ilə S. Cəfərov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Bu ilin iyununda vəhhabi təriqətinin üzvü olduğu iddia edilən Səbuhi Cəfərov tutulub. Onun mənzilindən əl qumbarası tapılıb. Onun Suriyada gedən döyüşlərdə iştirak etdiyi də məlum olub. 

Müəllif | Apa.Tv
Apa.tv