İrandan Azərbaycana heroin gətirən ana və qızı tutulub
Azərbaycanın gömrük orqanları 400 qramdan artıq narkotik vasitəni ölkə sərhədindən keçirmək istəyən iki qadını saxlayıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, fakt Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda aşkarlanıb.
İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşları Fəridə Şahsuvarova və onun qızı Səyyarə Şahsuvarova saxlanılıblar. Səyyarə Şahsuvarovadan gömrük nəzarətindən gizlədilmiş uzunsov formalı bükümlərdə çəkisi 149,038 qram heroin və 3,971 qram psixotrop maddə - metamfetamin, Fəridə Şahsuvarovadan isə 251,688 qram heroin götürülüb.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.