"Taliban " terrorçuları Əfqanıstanda xeyli mülki insanı girov götürüblər

"Taliban" terrorçuları bu dəfə Əfqanıstanı hədəf alıb. Ölkənin Helmand şəhərində bank şöbəsinə edilən hücum nəticəsində 10 nəfərin öldürüldüyü bildirilir. Terrorçuların əlində çoxlu sayda mülki şəxs var. Şəhər valiliyinin sözçüsü Ömər Zvak bildirib ki, terrorçuların üzərində partlayıcı qurğu quraşdırılıb. Onun sözlərinə görə, hücum zamanı iki terrorçu özünü partladıb, əfqan müdafiə qüvvələri ilə hücum edənlər arasında atışma davam edir. Çoxlu sayda hərbçi və polis hadisə yerindədir. Ölənlərin və girovların sayı dəqiqləşdirilir.

 

APA TV-nin xəbərinə görə, ötən gün taliblərin Pakistanda hərbi məktəbə hücumu nəticəsində 145 nəfər ölüb, 100-dən çoxu isə yaralanıb. Ölənlərin əksəriyyəti kursantdır.  Hadisədən sonra “Taliban” hərəkatının əfqanıstanlı üzvləri pakistanlı taliblərin Peşəvərdəki hərbi məktəbə hücumunu pisləyib. Bu barədə hərəkatın nümayəndəsi Zabibulla Mücahid bildirib.    

 

“Günahsız insanların, uşaqların, qadınların qəsdən qətlə yetirilməsi İslamın əsaslarına ziddir”, deyə Zabibulla Mücahid bildirib.  

 

Qeyd edək ki,  Əfqanıstan və Pakistan talibləri müttəfiqdirlər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı