Müdafiə Sənayesi Nazirliyi “ağıllı” aviasiya bombaları istehsal edəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) gələn il “ağıllı” aviasiya bombalarının seriyalı istehsalına başlayacaq. APA TV-nin məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir bildirib ki, hazırda həmin bombalar test mərhələsindədir. 2014-cü ildə xarici ölkələrə 100 milyon ABŞ dolları dəyərində ixracat həyata keçirildiyini deyən nazir bildirib ki, hazırda Özbəkistan, Misir, Malayziya ilə ixracat istiqamətində danışıqlar aparılır.

 

Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub.  Müdafiə sənayesi naziri Yavər Camalov, nazirliyin rəhbər şəxsləri və əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Bayramla əlaqədar keçirilən tədbirdə çıxış edən nazir Yavər Camalov 2014-cü il ərzində görülən işlərdən və gələcək paritetlərdən danışıb. Nazir bildirib ki, bu il sifarişçilərə təhvil verilmiş müdafiə sənayesi məhsulların həcminin 2010-cu illə müqayisədə 2 dəfə çox olacağı gözlənilir: "Müdafiə sənayesi məhsullarından 60 və 82 mm çaplı minaatanlar, PKT pulemyotu, 9.9mmlik qısa lüləli tapança, BRDM-2, optik nişangahlar, əleyhqazlar, təkmilləşdirilmiş zirehli texnikaların ehtiyat hissələri istehsal olunaraq sifarişçilərə çatdırılıb".

 

Nazir bildirib ki, 2015-ci ildə yeni istehsal sahələrinin yaradılması və istehsal texnologiyalarının alınması üçün planlar hökumətə təqdim olunub. Yavər Camalov prezident İlham Əliyevin sərəncamı ilə orden, medallar, fəxri adlar almış əməkdaşları təltif edib. Sonda prezident İlham Əliyevə müraciət qəbul olunub.

 

Müəllif | Apa.Tv