Əliməmməd Nuriyev avtomobil qəzasına düşüb - YENİLƏNİB

“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, sabiq deputat Əliməmməd Nuriyev avtomobil qəzasına düşüb. Hadisə “Azadlıq” meydanında qeydə alınıb.

 

Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90 DC 199 dövlət nömrə nişanlı avtomobil “BMW” markalı, 99 FP 794 dövlət nömrə nişanlı maşında toqquşub. Nəticədə “Mitsubishi Pajero” aşıb və sürücü Ə. Nuriyev xəsarət alıb.

 

Əliməmməd Nuriyev APA TV-yə bildirib ki, hazırda özünü normal hiss edir. O, maşını sürətlə idarə etmədiyini, hadisənin bir anda baş verdiyini deyib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv