Mingəçevir sakini iş yoldaşını güllələyib
Mingəçevir sakini iş yoldaşını odlu silahla qətlə yetirib. Şəhər Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, hadisə bu gün Mingəçevirdəki Su Anbarının kənarında yerləşən qum istehsalı karyerində qeydə alınıb. Orada işləyən Mingəçevir şəhər sakini, 1961-ci il təvəllüdlü Bayramov Elxan Saleh oğlu ov tüfəngi ilə iş yoldaşı, 1961-ci il təvəllüdlü Maşıyev Hümbət Həmzə oğlunu güllələyib. Hümbət Maşıyev ürək nahiyyəsindən aldığı güllə yarasından hadisə yerində ölüb.
Məlumata görə, karyer işçiləri boş vaxtlarında Su anbarının kənarında ov edirmişlər. Tüfəngi də iş yerinə o səbəbdən gətiriblər. Ov zamanı Elxan Bayramovun əlindəki tüfəngdən qəflətən açılan atəş faciəyə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.