Göyçayda "Jiquli" ilə "ZİL" toqquşub: 3 yaralı

Göyçayda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçayın Çayarxı kənd sakini, 1966-cı il təvəllüdlü İsgəndərov Nizami Səmid oğlunun idarə etdiyi “ZİL” markalı yük maşını qarşı tərəfdən gələn həmkəndlisi,  1995-ci il təvəllüdlü Mikayıllov Murad Əsəd oğlunun idarə etdiyi “VAZ 2106” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü və minik maşınının sərnişini, 1997-ci il təvəllüdlü Salmanov Asim Ağalar oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti orta ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov