Sabunçuda 32 yaşlı kişi evinin qarşısında bıçaqlanıb

Ötən gecə Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, paytaxt sakini, 32 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Adil Əlibabayev küçəsi 2 saylı binanın həyətində baş verib. Bıçaq xəsarəti alan 32 yaşlı Elvin Yaşar Oğlu Mahmudov ailə üzvləri tərəfindən 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

 

Yaralı əməliyyat olunduqdan sonra palataya yerləşdirilib.

 

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verilib. Polis əməkdaşları Elvin Mahmudovun izahatını alıblar.

 

Zərərçəkən ifadəsində bıçaqlandığını bildirib.

 

Müəllif | Apa.Tv