Bakıda yol polisləri qəzaya düşdü: 1 yaralı

Abşeronda yol patrul xidmətinin əməkdaşları qəzaya düşüb. APA TV-nin məlumatına görə, hadisə zamanı bir polis əməkdaşı yaralanıb. Yol-nəqliyyat hadisəsi rayonun Xırdalan şəhərində qeydə alınıb.

 

25 yaşlı polis əməkdaşı Yusifli Tural Elşad oğlu xidməti maşını ilə qəza törədib. Qəza zamanı xəsarət alan T.Yusifli  təcili yardım vasitəsi ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tibbi yardım göstərib.

 

Xəstəxanadan verilən məlumata görə, yol polisinin hazırda vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv