Tailandda ana 24 günlük uşağını diri-diri basdırıb
Tailandda ana 24 günlük uşağını diri-diri basdırıb. Fitsanulok şəhər sakini 30 yaşlı Nathafat Xonsakrom körpəsini Kvai Noyi çayının sahilində torpağa basdırıb. Onun çayın sahilində uzun müddət dayandığını görə şahidlər polisə xəbər verib. APA TV-nin xəbərinə görə, hadisə yerində axtarış aparılıb, uşaq tapılaraq xəstəxanaya çatdırılıb. Müayinədən sonra uşağın öldüyü məlum olub. Uşağın bədənində zərbə izinin olmadığı açıqlanıb. Qadın polisə verdiyi ifadədə ərinin və özünün son vaxtlar işsiz qalmağından stress keçirdiyini, pulsuzluq ucbatından uşağa baxa bilməyəcəyinə görə onu basdırmaq zorunda qaldığını bildirib.
Əri 28 yaşlı Jittipan Saenqsuk bir neçə gün öncə arvadının itdiyini, uşağı da özü ilə apardığını polisə bildirib. O, qadının özünə və uşağına qəsd edə biləcəyini də deyib.