Bakıda rəfiqəsini öldürən qadının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini öldürməkdə təqsirli bilinən 1960-cı il təvəllüdlü Nailə Apayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesə baxış vaxtı dekabrın 25-ə təyin edilib.


Qeyd edək ki, hadisə bu il iyunun 18-də Nəsimi rayonunda baş verib. Nailə Apayeva rəfiqəsi Lalə Vəliyevanı münaqişə zəminində küt alətlə qətlə yetirib.

Müəllif | Apa.Tv
Apa.tv