Bakı-Quba yolunda qəza: Maşında sıxılmış vəziyyətdə qalan 2 meyit çıxarılıb
Bakı-Quba yolunun 49-cu kilometrliyində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin FNH-in saytına istinadən verdiyi məlumata görə, "Iveco” markalı yük avtomobili ilə “Tofaş” markalı minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Ərazidə əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyitləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.