Samuxda "Nissan" kanala aşdı, 28 yaşlı sürücü öldü

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Qarayeri-Qovlarsarı avtomobil yolunda baş verib.

 

Samux rayonunda yaşayan Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Həsənov Səbuhi Akif oğlu idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb.

 

Nəticəsində S. Həsənov hadisə yerində ölüb.

 

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli