Bakıda cibgirlik edən keçmiş məhkumlar tutulub

Bakının Xətai rayonunda cibgirlik edən keçmiş məhkumlar yaxalanıblar. APA TV-nin xəbərinə görə, dəfələrlə məhkum olunmuş 1977-ci il təvəllüdlü Qamət Süleymanov narkotikə ehtiyacı olduğundan bu yola əl atdığını bildirib: "Tək eləmişəm. Xəstəyəm, narkomanam".

 

Cibgirliyi özünə peşə seçdiyini deyən Ramin Əliyev isə hər gün Sumqayıtdan paytaxta gəlirmiş. Hədəfində 62 və 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusları olub. Dediyinə görə, bu marşrutlarda işləmək daha rahat imiş: " Marşrutlarda eləmişəm, çox olmayıb 5-6 dəfə".  

 

36 yaşlı Ramin Hüseynovu polis əməkdaşları avtobusdan düşən kimi yaxalayıblar. Üstündən çıxan mobil telefonu yerdən tapdığını desə də, narkotikin mənbəyini söyləyə bilməyib: "İki nəfər mülki şəxs yaxınlaşdı, üstümdən bir tikə narkotik çıxdı. Bir dəfə telefon götürmüşəm, 15 manata satmışam". 

 

Hər üş şəxs əvvəllər dəfələrlə məhkum olunub. Faktlarla bağlı cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv