Mingəçevirdə dəhşətli qətl: qardaş bacısını Kürdə boğdu

Mingəçevir şəhərində qardaş bacısını Kürdə boğaraq öldürüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Kür çayının sahilində qeydə alınıb. Yevlax rayonunun Havarlı kənd sakini, 1978-ci il təvəllüdlü Qasımov Asif Aydın oğlu Mingəçevir şəhərində yaşayan bacısı, 1977-ci il təvəllüdlü Qasımova Ruhiyyə Aydın qızı ilə dalaşaraq onu çaya itələyib. Suda köməksiz vəziyyətdə qalan qadın boğularaq ölüb. Asif Qasımov könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə təslim olub. O, ilkin ifadəsində hadisəni namus üstündə törətdiyini deyib. Mərhum Ruhiyyə Qasımovanın ailəli olduğu bildirilir.

 

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov