Bakı Dövlət Universitetinin yaranmasından 95 il ötür
Bakı Dövlət Universitetinin (BDU) yaranmasının 95 ili tamam olur. APA TV-nin xəbərinə görə, bu münasibətlə BDU rəhbərliyi və kollektivi Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra BDU-da yubiley tədbirini keçirilib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazədə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, təhsil naziri Mikayıl Cabbarov, AMEA prezidenti Akif Əlizadə Milli Məclisin vitse-spikerləri Bahar Muradova, Ziyafət Əsgərov, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak edib.
Universitetin rektoru Abel Məhərrəmov “95 illik şərəfli yol” mövzusunda məruzə ilə çıxış edib. Rektor bildirib ki, Bu gün Bakı Dövlət Universitetində müxtəlif pillələrdə 20 minə yaxın tələbə təhsil alır. Tələbələrin təlim-tərbiyə ilə 4 minə yaxın əməkdaş, 2 minə yaxın professor-müəllim heyəti və elmi işçi məşğul olur ki, onlardan 21 nəfəri akademiyanın həqiqi və müxbir üzvü, 11 nəfəri millət vəkili, 300 nəfərə qədəri elmlər doktoru-professor, 1000 nəfərə qədəri isə fəlsəfə doktoru və dosentdir.
Təhsil naziri Mikayıl Cabbarov BDU-nun müəllimi, bu günlərdə prezident İlham Əliyev tərəfindən təltif olunan professor Şirməmməd Hüseynova “Şərəf” ordenini təqdim edib.