Şəkidə Prezident Kuboku uğrunda çövkən yarışları başlayıb

Şəkidə Prezident Kuboku uğrunda çövkən milli atüstü oyunlarının açılış mərasimi keçirilib. APA TV-nin  məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və  Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən yarışlar Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində keçirilir. Prezident Kuboku uğrunda sayca 9-cu olan yarışda 13 rayon üzrə və Bakı şəhərinin 3 idman klubunu təmsil edən 16 komanda mübarizə aparır. Yarışlar dekabrın 22-də başa çatacaq.

 

Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov