Qaxda əzgil yığmağa gedən qoca yıxılaraq ölüb

Qax rayonunun Qaşqaçay kəndində 3 gün öncə əzgil yığmağa gedən və geri qayıtmayan 76 yaşlı kişinin meyiti tapılıb. APA TV-nin xəbərinə görə, kənd sakini Hacı Quliyev Qax rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək bildirib ki, atası 76 yaşlı Səməndər Quliyev dekabrın 15-də  meşəyə gedib və qayıtmayıb. Polis əməkdaşları və kənd sakinləri dağlıq meşəlik əraziyə gedərək Səməndər Quliyevi axtarıblar. Ancaq axtarışlar nəticə verməyib.Yenidən bu gün bir qrup kənd sakini əraziləri axtararkən Səməndər Quliyevin meyitini kəndin yaxınlığından axan Qaşqaçay çayın ətrafından tapıblar. Onun beton bənd üzərindən yıxılaraq öldüyü bildirilir.

 

Səməndər Quliyev şair olub və onun şeir kitabı işıq üzü görüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov