Yaqub Mahmudov tarix dərsliklərindəki qüsurları açıqlayıb

"Azərbaycanda orta məktəblərdə tarix dərslikləri ilə bağlı ən ciddi qüsur dərsliklərin həcminin azaldılmasıdır".

 

Bunu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib. Onun sözlərinə görə, Türk Dünyasının tarixi şəxsiyyətləri, böyük imperiyaları tarix dərsliklərinə salınıb. Artıq milli tarix dərsliklərimiz var. Amma bu sahədə təkmilləşdirmə aparılmalıdır. Millət vəkili bildirib ki, müstəqilliyin bərpasından 20 ildən çox keçsə də, tarixlə bağlı metodiki vəsaitlər yaradılmayıb.

 

O, yaxın keçmişə qədər orta məktəblərdə ancaq Şimali Azərbaycan tarixinin tədris olunduğunu xatırladıb: "Bu doğru deyil. Azərbaycan öz tarixinə sahib çıxmalıdır. Bizim tariximiz isə təkcə Arazdan şimalda formalaşmayıb, çox böyük ərazilərdə mədəniyyət yaratmışıq. Məsələn, Ermənistan Respublikası 1918-ci ildə yaranıb. Cümhuriyyət dövründə 9 min kv.km ərazi verdik və 1918-ci ildə Ermənistan yaradıldı. O vaxta qədər indiki Ermənistan ərazisindəki tarix bizim tariximizdir. Bu, yaxın keçmişə qədər tarix dərsliklərimizə düşməmişdi, bunu bərpa etmək lazımdır. Biz bunun üzərində işləyirik".  

 

O bildirib ki, bütün tarixi həqiqətlər dərsliklərdə geniş əksini tapmalıdır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova