Masallıda canavar kəndə hücum edib

Masallıda canavar yaşayış məntəqəsinə hücum edib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Köhnə Alvadı kəndi ərazisində qeydə alınıb. Vəhşi heyvan kənd sakini Məhərrəm Məhərrəmovun yaşadığı evin həyətyanı sahəsinə girib. Canavarı görən ev sahibi dərhal yaxın qonşularını köməyə çağırıb. Birgə səylərlə vəhşi heyvan toyuq hininə salınıb və diri tutulub. Yerli sakinlərinin sözlərinə görə, indiyədək kənddə canavara rast gəlinməyib.

 

Hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi İdarəsinə və rayon Baytarlıq İdarəsinə məlumat verilib. Hər iki qurumun əməkdaşları kəndə gələrək canavarı təhvil alıblar. Onlar vəhşi heyvanı özləri ilə apararaq meşəyə buraxıblar.

 

Müəllif | Apa.Tv