Avstraliyada bir evdə qətlə yetirilmiş 8 uşağın meyiti tapılıb

Avstraliyanın Kerns şəhərindəki evlərin birində qətlə yetirilmiş 8 uşağın meyiti aşkarlanıb.

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Mürrey strit küşəsində yerləşən evdə öldürülənlərin hamısı soyuq silahla qətlə yetirilib. ABC telekanalı öldürülən uşaqların 1,5 – 15 yaşlarında olduğunu bildirib. Qətlə yetirilən uşaqların bacı-qardaş olduğu qeyd olunub. Hadisə yerində üzərində çoxsaylı bıçaq xəsarətləri olan yaralı  qadın aşkarlanıb. Qadın dərhal xəstəxanaya çatdırılıb.   

 

Polis hadisə yerinə yaralı qadının zəngi əsasında saat 04.20-də cəlb olunub. Ağır vəziyyətdə olmasına baxmayaraq qadının artıq polisə lazımi ifadə verdiyi qeyd olunur.

Müəllif | Apa.Tv
Apa.tv