Bakıda qardaşı ilə dalaşan 14 yaşlı oğlan intihar edib

Bakıda məktəbli intihar edib. Pirallahı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 2000-ci il təvəllüdlü Rzayev Nicat Əlibala oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən o da bildirilib ki, N. Rzayev 231 saylı orta məktəbin 8-ci sinfində oxuyurmuş.

 

Onun təhsil aldığı 231 saylı orta məktəbin direktor müavini Nabat Əsədullayeva APA TV-yə bildirib ki, hadisə dekabrın 18-də, saat 17.00 radələrində, uşaq dərsdən çıxandan sonra olub. Yas mərasimində iştirak etdiklərini deyən müəllim bildirib ki, uşaq dünən evdə kiçik qardaşı ilə mübahisə edib və sonra özünü asıb. Valideynləri həmin vaxt evdə olsa da, hadisədən gec xəbər tutub. Nicatın ailəsi onu dəfn etmək üçün Lənkərana aparıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova