Almaniyanın BASF konserni “Qazprom”la saziş hazırlığını dayandırıb

Almaniyanın “BASF” konserni Rusiyanın “Qazprom” şirkəti ilə aktivlərin mübadiləsinə dair sazişin hazırlanmasını dayandırdığı bəyan edib.

 

APA-Economics”in “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, saziş 2012-ci ildən etibarən hazırlanır.

 

Nəşrin məlumatına görə, bir qədər əvvəl tərəflər əmin edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar sazişə təsir etməyəcək. Buna baxmayaraq, ötən gün əlaqələr səbəbi açıqlanmadan kəsilib. 

 

“Kommersant” iddia edir ki, Avropa Parlamenti Avropa İttifaqının energetika təşkilatının yaradılması ilə bağlı plan hazırlayır. Gələn ilin yanvarında bu təşkilatın ictimaiyyətə təqdim olunacağı bildirilir.

 

Bildirilir ki, ideyanın əsas tərəfdarı Avropa İttifaqı Şurasının hazırkı prezidenti Donald Tusk olsa da, bu məsələ ilə bağlı siyasətçilər arasında yekdil fikir yoxdur. Xüsusilə, Almaniya kansleri Angela Merkel bu cür yanaşmanın tətbiqində ehtiyatlı olmağı tövsiyə edir.

Müəllif | Apa.Tv
Apa.tv