Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda qəbul keçirib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Salyanda vətəndaşları qəbul edib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəbula  Salyan sakinləri ilə yanaşı Şirvan şəhərindən, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı və Cəbrayıldan olan vətəndaşlar da qatılıblar. Müraciətlər daha çox  daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, əmlakın özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin fəaliyyət dairəsinə daxil olan digər məsələlərlə bağlı olub. Qəbula gələn bütün vətəndaşlar komitə sədri tərəfindən diqqətlə dinlənilib və müraciətlərin hamısının qanunauyğun həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, komitənin  səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyatı orqanlara çatdırılmaq üçün qeydə alınıb və  nəzarətə götürülüb.  

Müəllif | Apa.Tv
Apa.tv