Hava yağmursuz olacaq

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.

 

Bölgələrdə də əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı- ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv