Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Ukraynada baş verən hadisələrlə bağlı Avropa İttifaqının Rusiyaya qarşı nəzərdə tutduğu yeni sanksiyalar qüvvəyə minib. Bu sanksiyalara görə, Krım regionuna sərmayə qoyuluşları qadağan edilir. APA TV-nin məlumatına görə, sanksiyalar dekabrın 20-dən tətbiq ediləcək. Bundan sonra Avropa şirkətləri tərəfindən Krımda hər hansı daşınmaz əmlakın alınması və yerli şirkətlərə maliyyə dəstəyi mümkün olmayacaq. Bundan əlavə Krıma və Sevastopola turizm səfərləri də yasaqlanır. Avropa bayrağı altında üzən kruiz gəmiləri artıq yarımada limanlarına yan ala bilməyəcəklər. Həmin limanların siyahısı da açıqlanıb. Bunlar Sevostopol, Kerç, Yalta, Feodosiya, Yevpatoriya, Çernomorsk və Kamış-Burun şəhərləridir.

Müəllif | Apa.Tv
Apa.tv