Rusiyada 100 min dollarlıq tabloları oğurlayan azərbaycanlı tutulub

Moskvada ümumi dəyəri 100 min dollardan çox olan şəkilləri oğurlayan azərbaycanlı və gürcüstanlı həbs edilib. APA TV-nin xəbərinə görə, oğurlanan şəkillər Konstantin Makovskinin "İvan Qroznının ölümü" və Vasili Polenova məxsus "Çaydan peyzaj" əsərləridir. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, onlar gizlətdikləri tabloların yerini açıqlamırlar.

 

Hadisə bu il iyunun 13-də baş verib. 33 yaşlı Gürcüstan və 38 yaşlı Azərbaycan vətəndaşları tabloları "Mariott Grand" otelindəki qalereyadan oğurlayıblar. Onların kimliyi zərgər mağazalarından birində aparılan təhqiqat zamanı əl izlərinə görə müəyyən edilib. Hər iki əsər 19-cu əsrin sonlarında çəkilib. 

Müəllif | Apa.Tv
Apa.tv