Bakıda zəncirvari qəza: 1 ölü, 4 yaralı

Bakıda zəncirvarı yol qəzası baş verib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün 16.00 radələrində rayon ərazisində yerləşən “Nargilə” kafesinin qarşısında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nurşirəvan Sahib oğlu Qurbanovun idarə etdiyi “Azsamand” markalı avtomobil sürücüsü məlum olmayan avtomobillərə - “Audi”, BMW, Ford və “VAZ 2107” markalı avtomobillər çırpılıb. Qəza zamanı N. Qurbanov aldığı xəsarətdən hadisə yerində ölüb, digər avtomobillərdə olan sərnişinlər - 1988-ci il təvəllüdlü Rəşad Fazil oğlu Hüseynov, 1975-ci il təvəllüdlü Sədaqət Camal qızı Axundova, 1988-ci il təvəllüdlü Sərxan İlqar oğlu Bağırov, 1980-ci il təvəllüdlü Emin Eminəli oğlu Hüseynov muxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv