Şəkidə 5 nəfərdən ibarət oğru dəstəsi tutulub

Şəki şəhərində və rayonun bəzi kəndlərində oğurluqla məşğul olan 5 nəfərdən ibarət dəstə saxlanılıb. Rayon polisinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində dəstə üzvləri - Şəki rayon sakinləri, 29 yaşlı Şahmar Abdullayev, 27 yaşlı Pərviz Mahmudov, 27 yaşlı Tural Musayev, 36 yaşlı Tapdıq Əliyev və 29 yaşlı Famil Əliyev saxlanılaraq istintaqa cəlb olunublar. İstintaq zamanı məlum olub ki, onlar 3 il ərzində müxtəlif vaxtlarda 10-dan çox evi qarət edərək külli miqdarda pul, qızıl-zinət əşyaları və müxtəlif elektron və məişət avadanlıqları oğurlayıblar.

 

Əməllərini etiraf edən dəstə ümumilikdə Şəki sakinlərinə təxminən 40-50 min manat məbləğində ziyan vurub.

 

Saxlanılan şəxslərin həm də narkotik aludəçiləri olduğu deyilir. Onlardan  Şahmar Abdullayev, Pərviz Mahmudov və Tapdıq Əliyev əvvəllər məhkumluq həyatı yaşayıb. Şəki ŞRPŞ dəstənin başqa cinayət əməllərində iştirakı olub-olmadığı araşdırır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov