Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi

Bərdədə yeniyetmələrin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində tədbir keçirilib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Müdafiə Nazirliyinin və Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ağdam, Bərdə və Tərtər rayonlarından olan yuxarı sinif şagirdləri xidmətdə fərqlənən hərbiçilərlə görüşüblər. Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində yeniyetmələr praktiki hərbi təlim də keçiblər.

 

Şagirdlər Azərbaycan Silahlı Qüvvələrinin bazasında olan müasir silah və texnika ilə yaxından tanış olublar. Gələcəyin əsgərləri kəşfiyyat dəstələrinin manevrlərini də izləyiblər. Yeniyetmələrə yüngül atıcı silahlardan atəş açmaq şansı da verilib.

 

Təlimlərdə fərqlənən şagirdlər mükafatlandırılıb.

 

Müəllif | Apa.Tv